14 Aralık 2011 Çarşamba

QARAJIMDAKI ƏJDAHA.

Belə hesab edin ki çox ciddi bir iddia irəli sürürəm. Həyatınızın fürsətlərindən birini təqdim edirəm. Sizə haqqında minlərlə hekayə yazılmış amma əsla kimsənin görməyi mümkün olmadığı əjdahalardan bir dənəsini göstərəbiləcəyimi söylüyürəm. "Haydı Gösdər!" deyirsiniz, mən də sizi qarajıma qədər aparıram. İçəridə bir nərdivan, boş boya qabları və köhnə bir üç təkərli velosiped var amma əjdaha yoxdu. "Bəs bu əjdaha hardadı?" deyə soruşursunuz.
"Bax tam ordadı" deyərək , irəlidə bir yeri işarə edirəm. "Söyləməyi unutmuş olmalıyam , o görünməz bir əjdahadı"

Əjdahanın ayaq izlərini görə bilmək üçün yerə un səpməyi təklif edirsiniz.

"Yaxşı fikirdi" deyirəm , "amma bu əjdaha havada uçur"

O halda görünməz alovunu müşahidə etmək üçün qızılötəsi alıcı istifadə etməyə cəhd edirsiniz.

"Yaxşı fikirdi amma bu görünməz alovun istisi də yoxdu."

Belədisə eləysə, siz də sprey boya sıxaraq əjdahanı görünən edərsiniz.

"Yaxşı olardı, amma bu əjdahanın cismi də yoxdur axı! Boya tutmaz."

Mənə təklif edə biləcəyiniz daha çox üsul var. Ancaq təklif etdiyiniz hər növ fiziki testi, niyə işə yaramayacağını açıqlayan bir bəhanə ilə sovuşdura bilərəm.

Bəs, istisiz alov püskürtən , görünməz , cisimsiz , havada uçan bir əjdaha ilə əslində heç var olmayan bir əjdaha arasında nə fərq var? Müdafiyəmi çürütməyin , əksini göstərməyin bir yolu yoxdusa, əjdahamın var olduğunu söyləməyin nə mənası var? Hipotezimi keçərsiz qılma yetərliliyindən məhrum olmağımız ilə doğru olduğunun sübut olunması arasında çox fərq var. Təcrübə olunmayan iddialar, çürütülməyə qarşı uyumu olan təkliflər bizə ilham vermək ya da marağımızı oyandırmaq baxımından hansı növ bir dəyərə sahib olurlarsa olsunlar, gerçəkliyə uyğunluq tərəzisində ağırlıqları sıfırdır. Bu vəziyyətdə, əjdaha mövzusunda sizdən istəyə biləcəyim yeganə şey sübut olmadığına görə, mənim deməyimə baxaraq mənə inanmağınızdı.

Qarajımda bir əjdaha olduğu yolundakı israrımdan yola çıxaraq varabiləcəyiniz tək nəticə, başımın içində gülməli olan bəzi fikirlərin bəslənməkdə olduğudur. Heç bir fiziki testin tətbiq olunmadığı bu müdafiyəyə məni inandıranın nə olduğu ilə maraqlanırsınız. Ağlınızdan gördüyümün bir xəyal ya da güman olması ehtimalı keçər. Yaxşı, amma niyə bunu ciddi qəbul edirəm? Bəlkə də yardıma ehtiyacım vardır. ən azından, insanın səhv edə bilmək payına diqqət yetirməmiş ola bilərəm.

Belə hesab edək ki, keçirdiyiniz testlərin hamsı uğursuz olmasına rəğmən, yaxşı niyətinizi itirməyəcək qədər həssas davranırsınız. Yəni, qarajımda alov sovuran bir əjdaha olması fikrini həmin an rədd etmirsiniz. Yalnızca, ağlınızın bir köşəsinə qoyursunuz. Mövcut sübut əksini göstərsə də, yeni bir məlumat əldə edəcək olmağınız durumunda incələyib inandırıcı olub olmadığına baxmağa hazırsınız. Şübhəsiz, mənə inanmadığınız üçün özümü həqarətə uğramış saymağım sizə haqqsızlıq olar; sırf Şotland məhkəmələrinin söyləyişində yer alan "sübut olunmamışdır" hökmünə vardığınız üçün sizi can sıxıcı ya da təxəyyül gücündən məhrum olmaqla təqsirləndirmək də elədir.

Deyək ki, işlər əks istiqamətdə davam etdi. Yaxşı, əjdaha görünməzdi; amma yerə tökdüyünüz unun üzərində ayaq izləri buraxdığını görə bilirsiniz. Qızıl ötəsi alıcı, normalın üstündə siqnal alır. Sıxdığınız sprey boya, havada yuxarı-aşağı sallanan əjdaha başını gözlər önünə sərir. Əjdahaların -görünməz olanlarını qoyaq bir kənara- varlığı mövzusunda nə qədər şübhəci olursunuzsa olun , indi qəbul etməlisiniz ki, qarajda bir şeyin varlığı söhbət mövzusudu və ilk baxışda görünməz, alov sovuran bir əjdaha olduğunu düşündürür.

İndi bir başqa ssenari yazaq: Deyək ki, əjdahanın varlığından danışan sadəcə mən deyiləm. Deyək ki, aramızda bir-birlərini tanımadıqlarından əmin olduğunuz adamlar da olmaq üzrə tanıdığınız bir qrup insan olaraq sizə qarajlarımızda hər birimizdə bir ədəd olmaqla əjdaha olduğunu söyləyib dururuq. Halbuki heç birimiz keçərli bir sübut göstərə bilmirik. Hamımız da sizə, fiziki sübutun dəstəyindən məhrum belə qəribə bir vəziyyətin varlığına inanmış olmaqdan son dərəcə narahat olduğumuzu söyləyirik. Heç birimiz dəli deyilik. Dünyanın hər yerində insanların qarajlarında görünməz əjdahaların gizli ola biləcəyi, bizimsə daha yeni-yeni fərq etdiyimiz haqqında spekulyasiyalar yayırıq. Doğru olmamasını üstün tutacağımı söylüyürəm sizə. Amma əjdahalarla əlaqəli bütün o köhnə Avropa və Çin nağılları əfsanə deyildi bəlkə də ...

Undan əjdaha ayağı böyüklüyündə ayaq izləri alındığı yolunda sənədlər gəlməyə başlaması məmnuniyyət verici  deyilmi? Deməli eyni şey başqalarının da başına gəlib. Hərçənd ki, bu şəraitdə şübhəci bir elm adamı varkən yerə səpilən unlarda bir dəyişiklik müşahidə olunmur. Alternativ bir açıqlama çıxır: Yaxından tədqiq olunanda ayaq izlərinin saxta ola biləcəyi anlaşılır. Ancaq, bir başqası çıxıb yanıq barmağını göstərərək əjdahanın üstünə doğru alov püskürtdüyünü car çəkir. Lakin başqa ehtimallar da var. Güman edirəm İnsanın barmağını görünməz əjdahaların alovundan başqa da alov mənbələrinin yandıra biləcəyini bilirik. Bu növ bir "SÜBUT"u  - əjdahanın varlığına inanlar nə qədər güclü hesab edirlərsə etsinlər - inandırıcı olmaqdan çox uzaqdı. Yenidən həssas hesab edilən yeganə düşüncə əjdaha hipotezini rədd etməkdir; gələcəkdə təqdim olunacaq mümkün fiziki məlumata açıq qapı buraxmaq və ağlı başında olduğu ortada bu qədər insanın eyni qəribə yanlışa qapılmasının səbəbini araşdırmaq olacaq.

Carl Sagan.

2 Aralık 2011 Cuma

Einstein'lə Reportaj

- Dünya niyə xaoslar silsiləsi yaşıyır?
Dünya xaosları pis adamlar və qərarlardan dolayı deyil olanları durub seyredən və onlara səs çıxarmayanlar üzündən yaşıyır.

- Dünya hara gedir?
3. Dünya müharibəsi təbii qaynaq əksikliyindən çıxacaq. O müharibədə hansı silahların istifadə olunacağını bilmirəm amma 4. Dünya Müharibəsi’ndə daş və dəyənəklər olacağını bilirəm.

- Siz atomu kəşf etdiniz, Xirosima və Naqasaki’nin təpəsində atom bombası partlatdılar. Nə düşünürsünüz?
Hər müharibə insanlığın inkişafını əngəlləyən pislik zəncirinə bir halqa əlavə edər. Mən atomu insanlığın yararı üçün kəşfetdim. Amma insanlar atomla birbirilərini öldürürlər. Belə olacağını bilsəydim, bir ayaqqabı təmircisi olardım.

- Uğurun formulu nədir?
A=X+Y+Z (A: Uğur, X: Çalışmaq, Y: Çalışdığı mövzunu oyun kimi görmək Z: Danışmaq yerinə istehsal etmək(törətmək).)

- Elmin ən son çata biləcəyi nöqtə nə olmalıdı?
Dünyada tək bir uşaq belə bədbəxt olduğu müddətdə, böyük icadlar və inkşaflar yoxdur.

- Nə vaxt dünyanın sirrinə çatacağıq?
Bir qum dənəsinin sirrini çözməyi başarsaydıq, bütün dünyanın sirrini öyrənmiş olardıq.

- Bir ölkənin gələcəyi nəyə bağlıdır?
O ölkənin insanlarının görəcəyi təhsilə bağlıdır. Təhsil isə insanın məktəbdə öyrəndiyi hər şeyi unutduğunda artıq qalandır.

- Dünya axmaqlarla doludu deyirsiniz. Axmağın meyarı nədir?
Eyni şeyi dəfələrcə edib fərqli bir nəticə almağı uman adamdı. Axmaqlarla dolu bir dünya çəkilməzdir; çünki dâhiliyin mütləq bir sərhədi vardır, axmaqliğin əsla.

- Sizin zərif bir adam olmadığınızdan bəhs edirlər...
Yüksək ruhlar, hər zaman sıradan ağılların şiddətli müxalifətiylə qarşılaşır. Əgər elm adamı olaraq gerçəyi(reallığı) açıqlamaq istəyirsənsə, zərafəti dərziyə həvalə etməlisən. Digər tərəfdən bunu da söyləməliyəm ki bu dünyada məni bir neçə adam anladı, onlar da yanlış anladı.

- Bütün dünyaya tək bir mesaj vermək istəsəniz o mesaj nə olardı?
Yer üzündəki şərtlərin düzəlməsi, sadəcə elmi tapıntılara deyil çox əxlaqlı bir həyat düzəninin gerçəkləşməsinə bağlıdır.

QaynaQ: Cumhuriyet Bilim ve Teknoloji ekibi