26 Temmuz 2012 Perşembe

Milgram Təcrübəsi Təkrarlanır

   Milgram Təcrübəsi daim düşündüyüm, insan üzərində keçirilən ən dərin təcrübələrdəndi. Bu təcrübə insanların ərk (aftoritet) sahibi bir adam və ya qurumun istəklərinə, öz vicdani dəyərləriylə zidd olmasına rəğmən itaət etməyə nə dərəcədə istəkli olduqlarını ölçmək məqsədini güdən bir təcrübələr seriasının ümumi adıdır. Bu təcrübə haqqda bir neçə məqalə və videolara baxmışam ancaq bu yaxınlarda bu təcrübənin yenidən təkrarlandığını eşitdim və videosunu izlədim. Əslində bu təcrübəni real olaraq daim cəmiyyətdə, hərbidə, məktəbdə, iş yerimizdə(məs: polis) və digər sahələrdə özümüz böyük ehtimalla yaşamışıq. Sadəcə bəzi məsələlərin fərqinə vardıqca insan bunu hiss edir. Bunun necə ola bilməsi təcrübə ilə tanış olduqdan sonra bizim üçün daha da aydınlaşar.
 
   İndi isə təcrübə haqqda;
   Təcrübəni keçirən Yale Universitetinin psixoloqlarından Stanley Milgram, bu araşdırmasını ilk olaraq 1963-cü ildə Anormal və Sosyal Psixologiya Dərgisində (İng.: Journal of Abnormal and Social Psychology[1]) və kitabında qeyd edir.

   Stanley Milgram könüllülərə öyrənməyi daha məhsuldar edə biləcək yolların kəşf edilməsi məqsədiylə bir təcrübədə iştirak edəcəklərini deyir.(yalandan). Bu könüllülərin, keçirilən təcrübədə müəllim olduğunu (güya püşklə) və bir tələbəyə (öz adamlarıdır) sual verməli olduğunu bildirmiş və hər bilmədiyi suala görə 45 volt'dan başlayaraq elektrik şoku verməli olduğunu demişdir. 45 volt çox zəifdi və insana heçbir təhlükəsi yoxdu. Amma bu elektrik cərəyani hər bilmədiyi suala görə 45 volt olmaqla 450 volta kimi artirilacaq.  Könüllülər buna razılıq verirlər çünki bunda heç bir vicdani və əxlaqi problem yoxdu. 45 volt zərərsizdi və bu zaman heç bir sağlamlığa zərər olacaq zədə olmur... Bir sonraki şok əlbətdə daha güçlüdür; amma azca güclü. Hər şok əvvəlkindən xəfifcə daha yüksəkdir. Könüllülərin davranışının xüsusiyyəti tamamiylə günahsızdan vicdansıza doğru amma dərəcəli bir şəkildə dəyişir.  Məsələ ondadıkı 45 voltda könüllülərin hərəkətində əxlaqi ya da vicdanən bir problem yoxdu. Deyəkki 60 voltda da yoxdu, 90 voltda da yoxdu ancaq bu hara kimi davam edər??? Vicdani davranışın sərhədi hardan keçir? Tutaq ki, könüllü  200 voltda qarşı çıxdı amma qarşı çıxa bilmir (öz qeyri əxlaqi hərəkətini təcrübənin vəya otaqdakı aftoritetin adına yazmaqla sanki özünə bəraət edir)  çünki qarşı çıxsa 180 volt ki verib . 180 volt verərkən etdiyi hərəkətin bəraəti nəydi??? Vicdani qərarın sərhədini müəyyən etmək çətindi.  Az öncə vicdansız iş gördüyünü özünə necə izah etsin??? Beləliklə könüllülər tələyə düşüblər. Ordan çıxa bilmirlər. Bu oyunu başlayıblarsa axıra kimi oynamaq məcburiyyətindədilər və zəncirvari sürüb gedir bu...  Könüllülərin çoxu elektrik şokunun "tələbə" üzərində ola biləcək nəticələrdən məsuliyyətli tutulmayacaqlarına dair güvənc aldıqdan sonra davam edirdi. Bir neçə könüllü, tələbədən gələn əzab dolu çığırtıları eşitdiklərində əsəbi formada gülməyə başlıyır və ya aşırı stress içində olduqlarını göstərən başqa davranışlar edirdilər.
   Könüllü hər hansı bir anda təcrübəni dayandırmaq istədiyi vaxt ona aşağıdaki sıradakı sözləri  xəbərdarlıq kimi deyirdilər;
 1. Lütfən davam edin.
 2. Təcrübə üçün davam etməyiniz gərəklidi.
 3. Davam etməniz mütəq vacibdi.
 4. Başqa seçiminiz yoxdu, davam etmək "məcburiyyətindəsiniz".
   Könüllü bu dört xəbərdarlıqdan sonra belə hələ də dayanmaq istədiyini ifadə edərsə təcrübə dayandırılırdı. Əks vəziyyətdə isə könüllü sona kimi davam edirdi. Təcrübədə iştirak edən könüllülərin 65-70% i  sona kimi yəni 450 volta kimi davam etdi. Təkrarlanan təcrübədə isə nəticə daha yüksək oldu. Bu təcrübə hətda ən məsum insanların belə uyğun şərait tapan kimi zalımlaşacağını, sadistləşə biləcəyini ortaya qoydu...


   Bu təcrübənin bu günlərdə yenidən olduğunu artıq demişəm. :) Bu da yenisinin videoları.



   Sonda bu təcrübə real şəkildə cəmiyyətdə (universitetdə, məktəblərdə, siyasi qurulaşlarda vəs.) olduğun demişdim. Öz cəmiyyətimiz haqqda da özümüz düşünək. Ümumiyyətlə aftoritet, söz sahibi olanın istənilən sahədə verdiyi qərarların böyük təsiri olur.