Tural Osman

26 Ağustos 2012 Pazar

21:12:2012- Nibiru (İnsanlığın Melanxoliyası)

   Tarix 21:12:2012ni göstərir. Bədən haldan düşür... Zaman sanki bədənə sürtünərək, ruhumuza əzab verərək yavaşlamağa başlıyır... Səbəbsiz çəkilən əzab, iztirab baş qaldırır...  Yer kürəsində də təlatümlər, fəlakətlər baş qaldırır.
   Planetimizi və Bədənimizi hal'dan salan, yavaşlatan; ruhumuza istirab verən bu sirli güc nədir???
Burda Trierin məşhur "Melancholia" filmi düşür yadıma...
   Yenicə evlənən gənc qız-gəlin, istirab çəkir... Melanxolia adlı bir göy cismi yerə yaxınlaşır... Gəlinin keçirdiyi bu hisslərə də melanxoliya adı vermək olar. Evlənməyə az qalıb...
Toqquşmaya az qalıb...
 
   Dünyanın Melanxoliyası.
   Xaos.
   Suriada müharibə baş qaldırıb. İraqdakı müharibədən və Ərəb baharından sonra Suriya ilə Dünya daha da qarışır. 3. Dünya Müharibəsi Təhlükəsi daim bizi təhdid edir. ABŞ, Alyaska ştatında yerləşən gizli HAARP silahından istifadə edərək süni zəlzələlər, fəlakətlər törədir.  Yaxın Şərq müharibə meydanına çevrilib.
   Kütləvi qırğın silahları təbiətə böyük zərər vurur. Yoluxucu xəstəliklər artıb. Arılar, qarışqalar, çəyirdkələr kütləvi şəkildə hər tərəfə axışırlar. Nəhəng heyvanlar özlərini qəribə aparır...  Bəzi vulkanlar aktivləşib, zəlzələlər baş verir.
   Nibiru.

   Babil və Şumer əfsanələrinə görə Nibiru(Marduk) adlı bir sirli planet var. Bu planet Günəşin ətrafında 3600 illik yolçuluq edir. Və Yer kürəsindən 4 dəfə böyük olan, canlı həyatı olan bu planet Yerə çox bənzədiyindən Yerin əkizi də adlandırılır. Mayya təqviminə inansaq bu planet 21:12:2012 tarixində yerə yaxınlaşacaq və bu zaman çoxlu fəlakətlər baş verəcək. Göstərilən tarixdə "planetlərin paradı" adlanan kosmik hadisə də baş verəcək.  Mayyalılara görə, bu tarix "tanrıların geri qayıdış zamanıdı". Birçoxlarının fikrincə burdakı "tanrılar" yadplanetlilərdi.   

   Hollywood.
   Hollywood əvvəllər islam ölkələrinə gedib orda qəhrəmanlıq edən amerikalı qəhrəman obrazını tez-tez verirdi. "İndiana Jones", "Vandam", "Rembo" filmləri çəkilir. Və çəkilən bir çox filmlərdə oxşar ssenari şərq ölkələrində qəhrəmanlıq edən amerikalı obrazıdır. Və dünyada baş verən bu son hadisələr Hollywoodun bizi nəyə hazırladığını  ortaya qoydu. Ancaq son vaxtlar  Hollywood başqa istiqamətdə filmlər çəkir. "Apokalipsis" , "İron Sky", "İndipendence Day" və s. kimi filmlərdə bu dəfə həmin amerikalı "qəhrəman" dünyanı nədənsə xilas edir. Əsasəndə gəlmələrdən. Vəya dünya tamam məhv olur.

   Boş şeydi. Heçzadda olmayacaq.
   Bəli. Bütün bu əfsanələr xurafatdı və heçbir ciddi insan, alim, siyasi xadim, iqtisadçı, filosof buna inanmaz. Bunun heçbir sübutu yoxdu. Çox olub, deyiblərki, filan vaxt nəsə olacaq amma heçzadda olmuyub.
   STOP!!! Amma bir dəqiqə dayan, mən də sən deyən bu cür xurafatlara inanacaq qədər "səfeh" birisi deyiləm. Amma xurafat nədi? -Batil inanclar. -Yaxşı bəs batil inanc nədi? Necə olurki insanların, böyük kütlələrin batil inancları olur? Yaxşı, sualı belə qoyaq batil olmayan inanc hansıdı??? Pozitiv Elmdimi? Praqmatizmdimi sizin inandığınız həqiqi inanc? Elmmi xilas edəcək insanlığı?  Xurafat necə yaranır? kimsə milyonları aldadıb əfsanə fikirləşir və bu olur xurafat??? Bu qədərmi hərşeyə uzaq, yarımçıq, biganə yanaşırsız? Yaxşı, əgər elədisə o dövrdə kimsə bu yalanı kütləyə həzm etdirəndə sənin kimi inkarçılar hardaydı??? O da öz tezini ( siz "ağılcılar" yəqin belə istiqamətdə olan söhbəti sevirsiz) Şumerdə, Babildə vəya digər məmləkətlərdə bir divar tapıb yaza bilmirdimi ki, bunlar hamsı ağ yalandı. İnanmuyun. Axı siz ciddi adamlar hərşeyə belə yanaşırsız. ya ağ yalandı. yada doğrudu.  

    Bəs bu işin HƏQİQƏTİ hardadı? Haqq özünü harda təzahür edir??? - Məsələ bundadıkı insan özü hadisələri ortaya çıxmış xurafata uyğun istiqamətləndirir, aparır. Bir çoxu heç bunun fərqində də olmur. Hətda inkarçılar bu xurafatın reallaşmasında rol oynayır. Özlərinin də xəbəri olmur necə.
"Biz gerçəkləri olduğu kimi deyil olduğumuz kimi görürük..." İmmanuel Kant... Gerçəkliyi olduğu kimi dərk edə bilmərik deyilmi? Gerçəklik insanlarda fərqli (olduğumuz kimi) dərk edilir. Və tarixi gedişatda siyasi, iqtisadi maraqlarla bəzi hadisələr kütləviləşir, mifləşir, əfsanələşir. Sonra insanlıq istər inansın istər inkarçılıq etsin yaratdığı bu əfsanələrin arxasınca sürünməyə başlayır və onları gerçək qılır. Əslində əfsanələrin də kökündə bir həqiqət durur. Hər həqiqətin kökündəsə sübutlar durur.
   Melanxoliya...
   Bəs insanlığın çəkdiyi bu melanxoliya nədi belə? hə?? Bu əzab, bu iztirab nədi belə?? İnsanlıq özünü niyə belə cəzalandırır? İnsanlıq bu faciyəni niyə yaşayır??? Bəlkə ona görə ki, bizim bu dünyada olmağımız özü tragediyadı hə??? insanlığın əsl dramı budu bəlkə? Dünyada var olmaq... Bəlkə dediyimiz tarix insanlığın ən böyük və sonuncu melanxoliyası olacaq? Bəlkədə bu faciyəyə məhkumuq.