Yüz illərdən bəri krallar, rahiblər,
feodal bəylər, sənaye patronları və ana-atalar itaətin bir ləyaqət və
itaətsizliyin də pis bir xarakter olduğunda israr edib durmuşlar. Fərqli bir
baxış açısı ortaya qoymaq üçün, bu vəziyyətin qarşısına bu ifadəni qoyaq:
İnsanlıq tarixi, bir itaətsizlik hərəkəti ilə başladı və bir itaət hərəkəti ilə
sona çatdırılacağı heç də ehtimaldan kənar deyil.
İbranî və Yunan əfsanələrinə görə
insanlıq tarixi bir itaətsizlik hərəkəti ilə başladı. Adəm ilə Həvva, Aden
cənnətində yaşadıqları zaman təbiyətin parçasıydılar; onunla uyğunluq
halındaydılar, ancaq onu aşaraq fövqüne(üstünə) keçə bilmədilər. Onların
təbiətin içində təşəkkül etmələri, ceninin ana bətnində təşəkkülü kimiydi.
İnsandılar, amma eyni zamanda hələ insan deyildilər. Nə vaxtki bir buyruğa
qarşı gəldilər, hər şey dəyişdi. Torpaq və ana ilə əlaqəni qoparıb, göbək
əlaqəsini kəsməklə, insan insandan öncəki uyğunluqdan sıyrıldı və azadlıq ilə
azadlığa ilk addımı ata bildi. Boyun əyməmək hərəkəti Adəm ilə Həvva'nı azad
etdi və gözlərini açdı. Bir-birlərini bir yad olaraq və özləri xaricindəki
dünyanı da yad, hətdâ düşmən olaraq dərk etdilər. İtaətsizlik hərəkətləri,
təbiət ilə ilkin əlaqələrini qopardı və onları ayrı fərdlər halına gətirdi.
"İlk günah", insanı pozmaq bir qırağa dursun, onu azad etdi və
tarixin başlanğıcı oldu. Öz qabiliyyətlərinə güvənmək və tamamiylə insan olmağı
öyrənmək üçün, insan Aden Cənnəti'ni terk etmək məcburiyyətindəydi.
Peyğəmbərlər, qurtarıcılıq üzərinə
qurulmuş olan anlayışlarında, insanın itaət etməməkdə haqqlı olduğu,
"günah"ından ötrü yozlaşmadığı, tərsinə insanın öncəki uyğunluğunun
maniyəsindən qurtulduğu fikrini təsdiq etdilər. Peyğəmbərlərə görə, tarix
"bəşər"in "insan"laşdığı məkândır; yeni səhifələr
açıldıqca, özü, həmcinsləri və təbiət ilə arasında yeni bir uyğunluq yaratana
qədər, anlama və sevmə bacarıqlarını inkişaf etdirir. Bu yeni ahəng Xristiyan
ilahiyyatında "günlərin sonu" kimi tərif alır və tarixin məhz bu
dövrlərində, insanla insan arasında və insanla təbiət arasında sülh var. Bu,
insanın özü tərəfindən yaratılmış və yalnız onun yarata biləcəyi
"yeni" bir cənnətdir. Çünki "köhnə" cənnəti itaətsizliyi
nəticəsində tərk etməyə məcbur edilən odur.
İbrani əfsanəsindəki Adəm'lə Həvva
hekayəsi kimi, Promete'ylə əlaqəli olan Yunan əfsanəsi də bütün insan
sivilizasiyasının bir itaətsizlik hərəkətinin üstündə təməlləndirir. Promete,
atəşi Tanrılardan oğurlayaraq insanın təkamülünün təməlini atır. Adəm ilə Havva
kimi, o da, boyun əymədiyi üçün cəzalandırılır. Fəqət peşman olub əfv diləməz.
Əksinə, qürurla belə deyər: "Tanrıların itaətkâr xidmətçisi olmaqdansa, bu
qayaya zəncirli qalmağı üstün tutaram."
İnsan, itaət etməmə hərəkətləriylə
təkamülü davam etdirdi. Ruhi inkşafı ancaq vicdanları ya da inancları
istiqamətində hərəkət edən və kənar/xarici güclərə (iqtidarlara)
"xeyr" demək cəsarətini göstərən insanlar olduğu üçün mümkün ola
bilməzdi, fəqət eyni vaxtda zehni inkşafı da boyun əyməmək bacarığına bağlıydı.
Yeni düşüncələri susdurmağa çalışan aftoritetlərə və hər hansı bir dəyişikliyin
saçma və lazımsız olduğunu iddia edən oturuşmuş düşüncələrə boyun əyməməklə
gerçəkləşirdi bütün bunlar.
İtaət etməmək bacarığı necə insanlıq
tarixinin başlanğıcını təşkil edirsə, itaət də daha əvvəl söylədiyim kimi,
insanın tarixini gözəl sona çatdıra bilər. Simvolik ya da şeirvari danışmıram.
İnsan nəslinin yer yuvarlağı üzərindəki sivilizasiyanı, hətdâ bütün həyatı,
gələcək beş-on il içində yox etmə ehtimalı ya da bəlkə imkânı var. Belə bir
davranış heç bir ağla uyğunluq göstərmir. Amma gerçək budu ki, biz Atom
Dövrü'ndə yaşayarkən, insanların çoxluğunu iqtidarda olanların çoxu daxil
duyğusal olaraq hələ də Daş Dövrü'ndə yaşıyırlar. Riyaziyyatımız, göy və təbiət
elmlərimiz iyirminci əsrdəykən, siyasət, dövlət və cəmiyyətlə əlaqəli
düşüncələrimizin çoxu, elm dövrünün çox gerisində qalmaqdadır. Əgər insanlıq
özünə qıyarsa bu, bəzı kimsələrin onlara ölümcül düymələrə basmalarını əmr
edənlərə itaət edəcəkləri üçün olacaq. O kiflənmiş qorxu, nifrət və acgözlülük
kimi hərisliklərə, xüsusiylə dövlətin hakimliyi və milli şərəf kimi köhnəlmiş
klişelərə boyun əyəcəkləri üçün. Sovet liderləri inqilablar haqqında çox
danışırlar, biz "azad dünya"dakılar isə, azadlıq haqqında bol kisədən
danışırıq. Ancaq onlar da, biz də itaətsizliyi daşındırırıq. Sovetlər
Birliyi'ndə açıq şəkildə və güc işlədərək, azad dünyada da örtülü formada və
daha hiyləgərliklə əminlik üsullarıyla edilir bu.
Fəqət, demək istəmirəm ki,
itaətsizliyin hamsı bir ləyaqət və itaətin hamsı da pis bir xüsusiyyətdir. Belə
bir görüş, itaət ilə itaətsizlik arasındakı diyalektik əlaqəsini bilməzlikdən
gələcək. Uyulan prinsiplərlə uyulmayanlar bağlı olayan vaxt, bir prinsipə itaət
hərəkəti, istər-istəməz onun ziddinə itaətsizlik hərəkəti (və qarşılıqlı olaraq
digər istiqamətdə) olur. Antigone bu ikiliyin klâssik bir nümunəsidir. Dövlətin
insanlıqdan kənar qanunlarına itaət etməklə, Antigone, insanlığın qanunlarına
istər-istəməz itaətsizlik etmişdir. Əgər ikinciyə itaət etsəydi, bu dəfə də
ilkinə baş qaldırmış olacaqdı. Dini inanclar, azadlıq və elm uğruna çox əzab
çəkən və bu uğurda ölənlərin hamsı, insanlığın və ağlın qanunlarına uymaq üçün,
onları susdurmaq istəyənlərə baş qaldırmaq məcburiyyətində qalmışdılar. Bir
kimsə yalnız itaət göstərib, itaətsizlik edə bilmirsə bir kölədir; əgər yalnız
itaətsizlik göstərib, heç itaət etmirsə, bir üsyankârdır (inqilabçı deyil).
Belə birisi hirs, xəyal qırıqlığı və peşmanlıqla hərəkət edər, amma heç bir
vaxt bir inanc ya da prinsipə görə etməz.
Bununla birgə, bir qavrayış
qarışıqlığını önləmək üçün, vacib bir məhdudlaşdırıcı səciyyələndirmə
edilməlidir. Bir adama, quruma ya da gücə itaət (kənar qanuna uyma), boyun
əymədir. Bu qənaət muxtariyyətimdən (iç qanundan) vaz keçib, bir kənar iradə ya
da qərarı özümünkünün yerinə qəbul edişimi bəlli edir. Öz ağıl və inancıma uymağım
(iç qanuna uyma / muxtar itaət) isə bir boyun əymə deyil, təsdiq etmə
hərəkətidir. İnancım və qərarım, iddia etdiyim kimi mənə aiddisə, mənim
parçamdır. Başqalarının mühakimələrindən çox onların ardınca gedsəm, özüm
olaram. Beləcə itaət kəlməsi, sadəcə məcaz mənasıyla və "kənar qanuna
uyma" vəziyyətindəykən tamamiylə fərqli bir mənada da istifadə edilə bilər.
Ancaq bu ayrım, hələ də iki
səciyyələnməyə daha ehtiyac duyar ki, bunlardan biri vicdan, o biri də
aftoritet anlayışıyla əlaqəlidir. Vicdan kəlməsi bir-birindən olduqca ayrı iki
faktı ifadə etmək üçün istifadə edilməkdədir. Biri, bizim məmnun etmək
istədiyimiz və əsəbləşməsindən qorxduğumuz bir aftoritetin içimizə yerləşmiş səsi
olan "aftoritar vicdan"dır. Bu aftoritar vicdan, insanların çoxunun
vicdanlarına riayət etdikləri vaxt yaşadıqları şeydir. Bu, eyni zamanda
Freud'un sözünü etdiyi və "Süper Eqo/Üst Mən" adını verdiyi
vicdandır. Bu Üst Mən, ata qorxusuyla, oğulun mənimsədiyi əmr və qadağaları
təmsil edər. Bir də aftoritar vicdandan ayrı olan "insani vicdan"
vardır. Bu, insan növünün hər üzvündə var olan daxili səsdir və xarici(kənar)
cəza və mükafatlardan azaddır. İnsani vicdan, nəyin insanca və nəyin insanlığa
zidd, nəyin həyata yararlı və nəyin zərərli olduğu haqqında intuisiya yoluyla
bizi xəbərdar edir. Bu vicdan, bizim bir insan olaraq funksiyalarımızı yerinə yetirməyimizə yarayar. Eyni zamanda bizi özümüzə çağıran, insanlığa dəvət edən
içimizin səsidir.
Aftoritar vicdan (Üst Mən), içimizə
girmiş olsa belə, əslində xaricimizdə olan bir gücə itaətdir. Şüurlu olaraq öz
vicdanımızın gərəyini etdiyimizə inanmağımıza rəğmən əslində bir kənar gücün
prinsiplərini udmuş vəziyyətindəyik. Sırf insani vicdanla Üst Mən'in uyğun
olduğu xətasına düşməyə görə mənimsənilən aftoritet, üzərimizdə olduqca təsirli
olur. "Aftoritar vicdan"a itaət, bütün kənar düşüncə və güclərə
itaətdə olduğu kimi, özü olmaq və özünü mühakimə etmə bacarığı olan
"insani vicdan"ı zəyiflədər.
Digər tərəfdən, başqa birinə itaətin
sırf bu səbəblə boyun əymək olduğu yolundaki inancı, "ağla uyğun" və
"ağla zidd" aftoritetlərin ayırd edilməsi yoluyla dəyərləndirmək
lazımdır. Ağla uyğun aftoritetə bir nümunə, şagirdlə müəllimin münasibətində;
ağla zidd aftoritetə nümunə də, köləylə sahibinin münasibətində ola bilər. Hər
iki əlaqə də, emr verən adamın aftoritetinin qəbul edilməsi əsasına dayanır.
Ancaq təsir və nəticə axışına baxanda, bunların tamamiylə dəyişik formalarda
olduqları anlaşılır.
İdeal vəziyyətdə, müəllimlə şagirdinin maraqlandıqları şeylər (çıxarları) eyni istiqamətdə olur. Müəllim əgər şagirdini irəlilətməkdə başarılı olarsa qane olar; başara bilməmişsa, uğursuzluq özünə və şagirdinə aiddir. Digər tərəfdən kölə sahibi, köləni istifadə edə bildiyi qədər istifadə etmək istəyir. Ondan nə qədər çox yararlana bilirsə, o qədər qane olur. Bu sırada kölə əsgərî bir xoşbəxtliyi əldə edə bilmək üçün çırpınır. Köləylə sahibinin çıxarları ziddir, çünki biri üçün
nemət olan, digəri üçün talehsizlikdir. Sahibin köləyə üstünlüyünün, ikisi üçün ayrı mənaları var: Sahibə görə, aftoriteti altındaki adamı bəlli etmək
üçün lazım olan şərt olan üstünlük əlaqəsidi, köləyə görə onun istismar
olunmasını doğuran şərtdir.
Bir başqa ayrım da buna paraleldir;
ağılcı aftoritet ağla uyğundur. Çünki istər bir müəllimin əlində olsun, istər
təcili bir vəziyyətdə əmrlər yağdıran bir gəmi kapitanının əlində , aftoritet,
ağlın adına iş görər. Ağıl da kosmoloji olduğuna görə, boyun əymədən bunu qəbul
etmək mümkün ola bilər. Ağla zidd aftoritet isə ya təlqində olmaq ya da güc
işlətmək məcburiyyətindədir, zira qarşı çıxmaq fürsəti olan heçkim, özünün
istismar olunmasına seyirci qalmaz.
İnsan nə üçün itaətə bu qədər
uyumludur və itaətsizlik etməyi nə üçün bu qədər çətindir? Çünki dövlətə,
kilsəyə və cəmiyyətə uyğun addımladığım müddətdə, özümü güvənli və qoruma
altında hiss edərəm. Əslinə baxsanız hansı gücə ayaq uydurduğumun bir o qədər
fərqi yoxdur. Bu güc, hər zaman bu vəya başqa şəkildə güc işlədən və əsassız formada
hər şeyə gücü çatma iddiasında olan bir qurum və ya insanlardır. İtaətim, məni
qulluq etdiyim gücün bir parçası halına gətirir, beləcə özümü daha güclü hiss
edərəm. Heç xəta etmərəm, çünki mənim qərarlarımı o verir, yalnız qalamaram,
çünki məni daima izləyir; günah işləmərəm, çünki bunu etməyimə heç icazə verməz
və günah işləmiş olsam belə, bunun cəzası sadəcə o güce geri dönməkdən ibarətdir.
İtaətsizlik etmək üçün bir şəxs
yalnız qala biləcək, xəta edə biləcək və günah işləyə biləcək cəsarətə sahib
olmalıdır. Fəqət yalnızca cəsarət yetməz. Cəsarətin ölçüsü, adamın inkişafına
bağlıdır. Bir adam ana qucağından və ata buyruqlarından özünü sıyıra bilmiş və
tam olaraq gəlişmiş bir fərd olaraq ortaya çıxmış və özü üçün duyma və düşünmə
bacarığını qazanmışsa, ancaq belə bir vəziyyətdə özündən daha qüdrətli olan
birinə "xeyr" deyə bilər, itaətsizlik edə bilər.
Bir şəxs güc sahiblərinə
"xeyr" deməyi öyrənib, onlara itaətsizlik edərək də azad ola bilər.
Ancaq yalnızca itaət etməmə bacarığı azadlığın yeganə şərti deyildir; çünki
azad olmaq da itaət etməməyin şərtidir. Əgər mən azad olmaqdan qorxuramsa,
"xeyr" demək cəsarətini göstərə bilmərəm. Gerçəkdən də, azadlıq və
itaət etməmək bacarıqları bir-birindən ayrıla bilməz. Bundan dolayı da,
azadlığı tərifləyən ancaq itaətsizliyi rədd edən heç bir cəmiyyət, siyasi və
dini sistem reallığı deyə bilməz.
Güclü olana "xeyr" deməyin
və itaət etməmək cəsarətini göstərməyin bu qədər çətin olmasının daha bir
səbəbi var. İnsanlıq tarixinin böyük bölümündə itaət ləyaqətlə, itaətsizlik də
günahla uyğun qəbul edilmişdir. Bunun səbəbi də sadədir: İndiyə qədər tarix
boyunca adətən bir azlıq, çoxluğa hakim olmuşdur. Həyatdaki yaxşı və gözəl
şeylərin çox az kimsəyə çatması və çoxluğa da sadəcə qırıntıların qalması, bu
qaydanı yaratmışdır. Az sayda kimsə yaxşı və xoş şeylərin dadını çıxarmaq və
bunan da artıq, çoxluq olanların onlara xidmət etməyini və onlar üçün
çalışmasını istəmişsədə, bunun bir şərti vardı: Sayca çox olanların, itaəti
öyrənməkləri lazım idi. Şübhə yoxdu ki itaət, sadəcə güc işlədərək də təmin
edilə bilər. Fəqət bu yolun bir çox məhzuru(zərərləri) vardır. Çoxluğun da
azlığı günlərin birində eyni şəkildə güc işlədərək aşağı salacağı vəziyyətinə
gəlmə ehtimali, daimi bir təhdiddir. Üstəlik ancaq qorxunun yaratdığı itaət ilə
edilməyən bir çox iş də var. Buna görə sadəcə zor-işgəncə qorxusundan
qaynaqlanan itaətin, insanın içindən qaynaqlanan bir itaətə çevrilməsi
lazımdır. Sadəcə itaətsizlikdən qorxmaq yerinə, insan itaət etmək istəməlidi,
hətdâ buna ehtiyac duymalıdır. Bunun reallaşması üçün, güclü olanın
"mütləq yaxşı"nın və "mütləq ağıllı"nın xüsusiyyətlərini
təqlid etməsi, "hər şeyi bilən" halına gəlməsi lazımdır. Bu olarsa,
güclü olan (iqtidarda olan) itaətsizliyin günah, itaatin də savab olduğunu açıqlaya
bilər. Belə bir vəziyyətdə, sayda çox, gücdə zəyif olanlar itaəti, itaətin
yaxşı olduğu üçün mənimsəyər, itaətsizlikdən də pis olduğu üçün nifrət edərlər.
Qorxaq olduqları üçün, bu qərarları dolayısı ilə özlərindən diksinməkdən də
qurtularlar. Luther'dən on doqquzuncu əsrə qədər insanlar, açıq və ortada olan
aftoritetlərlə maraqlanırdılar. Luther, papa və prinslər ona (aftoritetə)
dəstək verirlər; orta sinif, işçilər və fîlosoflarsa bu meyli insanların
içindən söküb atmaq istəyərdilər. Həm dövlətdəki, həm də ailədəki aftoritetə
qarşı mücadilə, aydınlanma dönəmi filosoflarının və elm adamlarının bəlli
xüsusiyyəti olan intellektual ruh halından ayrı düşünülə bilməz. Bu
"tənqidi ruh halı", bir ağla inanc halıydı və eyni zamanda ənənələrə,
boş inanclara, adətə və iqtidara dayanan hər sözə və düşüncəyə qarşı şübhə
etmək deməkdi. "Sapere aude" (ağıllı olmaq cəsarətini göstər) və də
"komnibus est dubitandum" (kütlənin içində ən azı bir adam şübhə etməlidi)
deyimləri, bu fikri çok yaxşı izah edirdi. "Xeyr" demək bacarığının
önünü açıb, onu təşvik edən də, məhz bu axımdı.
Adolf Eichmann iddiası(dava) vəziyyətimizi xeyli
yaxşı bir formada xülasəsin verməkdədir. Bu iddianın, Qüds'dəki məhkəmə
salonunda onu suçlayanların maraqlandıqlarından daha çox böyük bir önəmi var.
Eichmann qurumlaşmış insanın və qadın, kişi, uşaq, bütün insanları bir rəqəm
olaraq görən yadlaşmış bürokratın simvoludur. Bu tərəfdən özümüzü Eichmann'da
görə bilərik. Fəqət onunla əlaqəli ən ürpərtici şey, bütün hadisələr öz qəbul
və etiraflarına dayanaraq ortaya sərildikdən sonra belə, tam bir inanclı qəlblə
suçsuz olduğunu irəli sürə bilməsidir. Açıq görülürdü ki, eyni vəziyyətlərdə
qarşılaşsaydı, yenə eyni şeyləri edəcəkdi. Həmçinin bizlər də eyni şeyi
edəcəkdik və edirik də.
Qurumlaşmış insan ya da qurum
insanı, itaət etməmək bacarığını itirmişdir; hətda bir itaət hərəkəti içində
olduğunun belə fərqində deyildir. Tarixin bu kritik nöqtəsində, şübhə etmə,
tənqid etmə və itaət etməmə bacarıqları, insanlığın sağlam bir gələcəyə sahib
olması ya da sivilizasiyanın (mədəniyyətin) yox olması arasındakı yeganə fərq
ola bilər.
Frommun bu yazısından anladıqlarımı daha sadeleşmiş şekilde şerhe yazmaq qerarına geldim. bu yazıdanda insanın inkişafını... yəni təkamül edərək digər canlılardan ayrılıb insan olmağını itaətsizliklə əlaqələndirmə var.. insan təbiyətlə tamlıq halında deyil.. təbiyətə zidd gəlir.. üsyan edir... məsələn götürək heyvanları - quşlar, şir, pişik və s. bunlar özlərinə biçilmiş rolu oynuyurlar.. yəni canlılar aləmi təbiyətin bağrından çıxıb və təbiyətlə ahəng.. bütövlük təşkil edir.. təbiyətə qarşı çıxmır.. ancaq insan ancaq o vaxt öz təkamülünü , inkşafını davam etdirir ki itaətsizlik etsin.. çünki insan yaradılış etibariylə müxalif canlıdı... Yazıda Fromm deyir ki Adəm əvvəl təbiyətlə uyum içindəydi.. (yəni heyvanlar kimi... yəni hələ cənnətdən qovulmamışdı... azad olmamışdı.. bütün canlılar arasında müqaisə etsən yalnız insan təbiyətini aşıb AZAD olma yoluna girir.. heyvan günah işləməz- zidd gəlmir... ancaq insan zidd gəlir və günah hissi insanı təkmilləşdirir) sonra Adəm itaətsizlik etdi .. və bununlada qovuldu.... (yəni fromm bu əfsanəni özünəməxsus şərh edir.. məncə Fromm dini başdan rədd etmir dini anlayaraq aşmağa çalışır)
YanıtlaSil...indi gələk itaət və itaətsizlik məsələsinə insanlar iqtidara(kənar gücə- aftoritetə -yuxarda bu tanrı idi adəmin itaətsizliyi..) itaət etdikdə inkişaf edə bilmir.. yəni AZAD ola bilmir.. buna görə azad olması üçün itaətsizlik etməsi lazımdı.. ancaq itaətsizlik etmək üçün cəsarət lazımdı.. bu cəsarət kor-koranə yox ağıldan gəlməlidi... çünki sərvət sahibləri,,iqtidar..bir sözlə "yuxarı təbəqə"-azliq.. öz rahat həyatını davam etdirmək üçün əxlaqla, dinlə adət ənənələrlə itaətdə saxlayır.. bele ki saxta mentalitetlə çoxluq uyuşur.. itaət edir.. adi misal çəkim (bəlkə o qədər də yerinə düşmədi) aftobusda otur və yer vermə.. itaətsizlik göstər... bu səndə ayıbdan filandan vicdan əzab hissi oyadır... fromm da deyir ki bu sənin həqiqi vicdanın deyil.. ailədə.. ölkədə səni itaət altinda saxlamaq üçün aftoritetlərin yaratdığı (yerləşdirdiyi) süni vicdandı- buna da freud superego deyir.. bu super ego səni itaətdə saxlamaq üçün lazımdı.. ancaq fromm sonra elave edir ki bütün itaətsizliklər yaxşı deyil.. şüurlu itaətsizlik inqilabdı. şüursuz kor koranə itaətsizlik üsyandı... itaət bəzən yaxşıdı.. bele ki insani vicdan deyilən bir anlayışı qoyur və deyir ki bu vicdan insanın ürəyinin səsi - həqiqi vicdandı....