3 Nisan 2012 Salı

Qurtuluş Haqqında (Belə Buyurdu Zərdüşt)



        Zərdüşt bir gün böyük körpünün üstündən keçərkən ətrafını əlillər və dilənçilər sarıdı.Bir qozbel (donqar) ona belə dedi:

"Bax Zərdüşt, xalq da səndən bir şeylər öyrənir və sənin məzhəbinə inanır. Amma  xalqın sənə tam inanmağı üçün bir şey daha lazımdır: Biz əlilləri də arxayın etməlisən. Bax içimizdə hər çeşidi var. Korları gördürə bilərsən, iflicləri gəzdirə bilərsən, qozbelləri biraz düzəltə bilərsən. Zənn edirəm ki əlillərin Zərdüşt'ə inanmağı üçün ən yaxşı çarə budur."

Zərdüşt danışana bu cavabı verdi: "qozbelin qozbelliyini alsaq canı da alınmış olar. Xalq buna inanır. Və əgər korun gözünü geri versək, dünyada pis şeyləri çox görər və buna görə özünə şəfa verənə lənət edər. İflici gəzdirən, ona ən böyük zərəri verər, çünki gəzməyə başlayan kimi günahlar da onunla birgə hərəkətə keçər.
Xalq ifliclər üçün belə deyər. Və əgər xalq, Zərdüştdən bir şey öyrənirsə Zərdüşt xalqdan niyə bir şey öyrənməsin? Fəqət mən, insanlar arasında olandan bəri görürəm ki, birinin tək gözlü, o birinin kar, bir üçüncüsünün də topal olmağı və başqa birinin dilini, burnunu və ya başını itirmiş olması önəmsiz şeydir. Mən daha pis şeylər gördüm və görürəm. Belə ki, hamsını başa sala bilmərəm. Bəziləri haqqında da susmaram. İnsanlar vardır ki, hər şeyləri əksikdir, fəqət yenə də bir şeyləri artıqdır. İnsanlar vardır ki; böyük bir gözdən, böyük bir ağızdan, böyük bir qarından və ya hər hansı bir orqandan başqa bir şey deyildir. Bunlara tərs ifliclər deyirəm. Yalnızlığımdan dönərək ilk dəfə bu körpünün üstündən keçərkən gözümə inana bilmədim. Bir baxdım, bir daha baxdım. Sonda belə dedim: " Bu bir qulaqdır, bir insan qədər böyük bir qulaq." Daha diqqətli baxdım; qulağın altında bir şey qımıldayır ki, yazıq gəlinəcək qədər kiçik və çəlimsizdi. Həqiqətən o mühüm qulaq kiçik incə bir sapın üstündə otururdu. Sap bir insandı. Gözünün önündə bir lupa qoyan onda; kiçik, qısqanc bir surət və bulanlıq bir ruhcuqda görə bilərdi. Fəqət xalq bu böyük qulağın ancaq bir insan yox, eyni zamanda böyük bir insan, bir dahi olduğunu söylüyürdü. Fəqət mən xalqa, böyük insandan danışdığı zaman heç bir şəkildə inanmadım. Və böyük insan dedikləri şeyin bir iflic olduğuna və bir çox şeyinin əksik, ancaq bir şeyinin artıq olduğuna dair hökm etdim."
     Zərdüşt, qozbelə və onun təmsil etdiklərinə bu sözləri söylədikdən sonra dərin bir kədərlə əlacsızlarına döndü və belə dedi :  Həqiqətən dostlarım mən insanlar arasında, insan qırıntıları və nisbətləri arasındayammış kimi dolaşıram. Gözüm üçün ən qorxunc şey, insanı paramparça olmuş; bir döyüş sahəsində və ya qəssab dükkanında dayanmış kimi görməkdir. Gözüm bugündən keçmişə sürüşəndə də eyni şeyi görür. Parçalar, organlar və qorxunc təsadüflər. Fəqət heç bir insan görə bilmir. Dünyanın indiki və keçmişdəki halı; ah dostlarım, mənim ən çox dözümsüzlük etdiyim şey budur. Əgər mən gələcək şeyləri də görən bir vali olmasaydım necə yaşayardım? Bir görücü, bir istəyici, bir yaratıcı, şəxsən bir gələcək və gələcəyə bir körpü. Və təəssüf edirəm bu körpünün üstündə bir iflic. Zərdüşt məhz budur. Siz də dəfələrlə soruşursunuz. Zərdüşt kimdi? Bu bizim nəyimizdi. Məndən olduğu kimi özünüzdən də soruşursunuz. O, bir namizəd, reallaşdırıcı, bir fateh, yoxsa bir varisdirmi, bir sirr, yoxsa bir sapan dəmiridirmi, bir həkim yoxsa bir şəfa tapandırmı? Bir şair yoxsa bir reallıqdırmı? Bir qurtarıcı yoxsa bir bağlayıcıdırmı? Bir xeyir yoxsa bir şərdirmi? Mən insanlar arasında gələcəyin parçaları arasındayammış kimi dolaşıram, gördüyüm gələcəyindi. Mənim bütün şeirim və düşüncəm :  Parçaları, tapmacaları və qorxunc təsadüfləri bir parça halına gətirməkdir.Və əgər insan; şair, tapmaca tapan və təsadüfdən qurtaran olmasaydı , insan olmağa necə dayana bilərdim?  Keçmişləri qurtarmaq və bütün "Beləydi "ləri " Belə istəyirdim" halına gətirmək. Məncə qurtuluş budur. İradə qurtarıcı və sevinc gətiricinin adı budur. Dostlarım sizə bunu öyrətdim. Fəqət bunu da öyrənin; iradənin özü hələ həbsdədir. İradə qurtarar. Fəqət qurtarıcını da zəncirə vuran şeyin adı nədir? "Beləydi" iradənin kənar qıcırtısı və ən çiləli dərdi budur. Olmuş şeylərə qarşı iqtidarsız olan üçün, bütün keçmişlərə qarşı pis bir seyircidir. İradə geriyə getməyini istəməz. Zamanı ve zamanın ehtiraslarını qıramamağı, iradənin ən çəkilməz dərdi budur. İradə qurtarır. Kədərindən qurtulmaq və zindanın məsğərəsindən qurtulmaq üçün iradə nə tapır? Ah, hər məhbus bir çılğın olur və məhbus iradə də özünü çılğınlıqla qurtarır. Zamanın geri getməməyinə əsəbləşir. Keçmiş, onun yuvarlaya bilmədiyi daşdır. O beləcə qəm və hiddət daşları yuvarlayır və özü kimi qəm və hirs duymayandan intiqamını alır.
    İradə, beləcə bir xilaskar və bir əzab verici oldu. Və əzab çəkə bilən hər şeydən də geriyə gedə bilmədiyi üçün ,intiqam alırdı.
    İntiqam : iradənin zamana və keçmişə qarşı diksinməyindən ibarətdir.
Həqiqətən, iradəmizdə də böyük bir dəlilik var. Və bu iradənin zarafat öyrənməyi hər insani şeyə bir lənət oldu.  Kin ruhu: Dostlarım, insanları indiyə qədər ən çox düşündürən buydu. Və əzab olan hər yerdə cəza olmalıydı. Bu cəza, intiqamın öz-özünə verdiyi addır. o, bu yalan sözə sığınaraq yaxşı vicdanlı görünmək istəyər. İradə, keçmişi əhatə etmədiyi üçün iztirablıdır. Onun üçün məhz iradə və həyat bir cəza olmalıdır. Sonda ruhun üstünə buludlar yığılır və bu çılğınlıq hökmü meydana gəlir: "Hər şey sona çatır, onun üçün hər şey bitməyə layiqdi. Zamanın uşaqlarını yeməsi qanunu ədalətin özüdür." Dəlilik bunu təlqin edir.




     "Hər şey hüquq və cəzaya görə və əxlaqi bir sıraya uydurulmuşdur. Eləysə hadisələrin axışından və varlıq cəzasından qurtuluş haradadır?" dəlilik bunu deyir. " Sonsuz bir hüquq varsa qurtuluş ola bilərmi? Ah 'beləydi' daşı, qımıldatılmaz. (Yəni keçmişə təsir edilə bilməz) O halda, bütün cəzalar sonsuz olmalıdı", dəlilik bunu deyir.
     "Heç bir hərəkət yox edilə bilməz, cəza ilə necə olmamış hala gəlir. Varlıq deyilən cəza bundan dolayı əbədidir: O daima hərəkət və cinayət olmağa məcburdur. Belə ki, iradə özünü qurtarsın və istəmək, istəməmək halına gəlsin". Fəqət qardaşlarım, bu bir çılğınlıq nağılıdır.
      Mən, iradə yaratıcıdır, dediyim zaman sizi bütün bu nağıllardan uzaqlaşdırmış oldum. Yaratıcı iradə "Belə istəyirdim, belə istəyəcəyəm" deyənə qədər "Beləydi" hökmləri bir qırıntı, bir tapmaca və bir qorxunc təsadüfdən ibarətdir. Fəqət belə danışırdımı, bu nə vaxt olacaq? İradə öz dəliliyindən qoruna bilərmi?  İradə şəxsən özünün qurtarıcısı və sevinc gətiricisi oldumu? Kini və diş bilməməyi unutdumu? Ona zamanla barışmağı və bütün barışmaqların daha üstündə olan şeyi kim öyrətdi? Qüdrət istəyən iradə, barışmaqdan daha üstün bir şey istəməlidir. Bu necə olur? Keçmişi istəməyi ona kim öyrətdi?"

      Zərdüşt sözünün burasında birdənbirə dayandı. Həddən çox qorxmuş kimi bir hal aldı. Qorxmuş gözlərlə şükr edənlərə baxdı. Baxışı, onların fikirlərini və içlərində gizlənəni bir ox kimi dəldi, fəqət az sonra yenə gülümsədi və şirinliliklə belə dedi:
" İnsanlarla birgə yaşamaq çətindi; çünki susmaq çətindi, üstəlik bir gəvəzə üçün."
  Zərdüşt belə dedi. Fəqət qozbel, danışığı dinləmiş və bu anda üzünü örtmüşdü. Ancaq, Zərdüştün güldüyünü eşidincə sual verən baxışlarla gözünü açdı və yavaşca belə dedi:
       - " Ancaq , Zərdüşt şükr edənlərilə niyə bizimlə danışdığı kimi danışmır? "
Zərdüşt cavab verdi: "Bunda heyrətlənəsi nə var? Qozbellərlə donqarca danışıla bilər.
      – "Çox yaxşı " dedi qozbel, " şagirdlərlə də məktəb dedi-qodusu edilir. Fəqət Zərdüşt niyə şagirdləriylə özüylə danışdığı kimi danışmır?"

                                          (Belə Buyurdu Zərdüşt - Friedrich Nietzsche)

Hiç yorum yok:

Yorum Gönder