20 Eylül 2021 Pazartesi

Tərcümələrim

            Bu kitabları sadəcə tərcümə baxımından yox, həmçinin özüm üçün ifadə etdikləri məna baxımından vacib  hesab edirəm. Bu baxımdan tərcümələr ilə tanış olmuş oxucular tərcümə etdiyim bu kitablar haqqında fikirlərini yazmaqdan, tənqid və təkliflər verməkdən (turalosmanto9@gmail.com) çəkinməsinlər.

 


 Heydər Camal  "Oriyentasiya - Şimal"

“Oriyentasiya-Şimal”ı onun daxili sistemini anlamadan çox vaxt poema kimi qəbul edirlər. Əslində, bu, metot barədə özünəməxsus muhakimədir. Həqiqi teologiyanın başlıca məqsədi, sayəsində ekzistensial təcrübədə də eyni fərqləndirmənin baş tuta bildiyi “daxili” və “xarici” olanın qəti fərqləndirilməsinin intellektual metodunu yaratmaqdır. “Daxili” və “xarici” arasında furqan həyata keçirilmədiyi müddətdə  həqiqi monoteizm və daxili azadlıq yoxdur.


Sören Kyerkeqor   "Qorxu və Titrəmə"

    Sören Obyu Kyerkeqor (1813-1855) danimarkalı filosof, teoloq və şairdir. Ekzistensializmin ilk təmsilçisi olaraq qəbul edilən Kyerkeqor, metafora, ironiya və məsəllərin özünəməxsus diliylə əxlaq, mənəviyyat, psixologiya, din fəlsəfəsi və başqa mövzularda tənqidi mətnlər yazmışdır. Öz yanaşmasında insan mövcudiyyətini 3mərhələyə ayıraraq, individualist fəlsəfəsini inşa etmişdir. Klassik alman idealist filosoflarını, xüsusilə Hegeli rasionalist və sistematik fəlsəfi baxışlarına görə tənqid etmişdir. "Qorxu və Titrəmə" adlı bu kitabı 1843-cü ildə İohannes de Silentio təxəllüsü ilə çap edilmişdir.



Vilhelm Reyx   "Dinlə, Kiçik Adam"

    Vilhelm Reyx (1897-1957) görkəmli Avstriya-Amerikan psixoloqudur. Ziqmund Freydin tələbəsi olmuşdur, Avropa psixoanaliz məktəbinin əsasını qoyanlardan biridir. 
    "DİNLƏ, KİÇİK ADAM" adlı bu kitab elmi bir əsər deyil, oxucu ilə səmimi söhbətdir. 1946-cı ildə akademik dairələr üçün yazılmış bu kitabı, müəllif geniş kütlə üçün çap etdirmək niyyəti olmamışdır. Bu sadəcə olaraq bir naturalist alimin və həkimin uzun illər boyunca araşdırmaqda olduğu "kiçik adam"la bağlı öz daxilindəki qarmaşıq fikirləri sistemləşdirmək cəhdi olmuşdur.





Aqnes Heller   "Kantın Siyasət Fəlsəfəsində Azadlıq və Xoşbəxtlik"
Quyu Jurnalı; 4-cü "Bazar" sayı. (Məqalə)

    Xoşbəxtlik həm Kant üçün, həm də bilinən ifadəylə "küçədəki insan" üçün arzularımızın doyumundan, hədəflərimizi reallaşdırmaqdan, mənfəətlərimizi güdərkən uğura nail olmaqdan ibarətdir. Kantın bir filosof olaraq bu mövzuda etdiyi dəyişiklik isə onun bu qatı görüşündən bəslənir: xoşbəxtlik əldə etmək ruh tutmaq kimidir. Ən güclü 3 motivasiyanın, yəni şöhrət, iqtidar və zənginlik ehtirasının istiqamətləndirməsi halında insanlar əsla doyuma çatmayacaqlar. Nə qədər çox xoşbəxtlik həsrəti çəksək bir o qədər xoşbəxtlik bizdən uzaqlaşır."


Hiç yorum yok:

Yorum Gönder