11 Şubat 2012 Cumartesi

Qara Pişik / Edgar Allan Poe



    Danışacağım bu heyrətləndirici hekayəyə inanacağınızı sanmıram, sizi inanmağa da məcbur etmirəm. Mənim, özümün inanmadığım bir şeyə sizləri inandırmağa qalxışmağım dəlilik olar. Bununla belə dəli deyiləm və qarabasma da görmədim. Amma sabah öləcəyim üçün bu gün içimi boşaltmaq istəyirəm. Məqsədim hərkəsə açıq, qısaca,  müxtəlif düşüncələr, görüşlər irəli sürmədən, evimdə baş verənləri danışmaqdır. Bu hadisələr, ən sonda məni dəhşətə salıb şiddətli, çox böyük sıxıntılar içində qıvrandırdı və çöküşümün səbəbi oldular. Yenə də bunları açıqlamağa çalışmayacam. Mənə dəhşətdən başqa bir şey verməyən bu hadisələr başqalarına qorxunc gəlmədiyi kimi şişirdilmiş də gələ bilər. Bəlkə irəlidə məndən daha sakit, daha şüurlu və daha az təsir altında qalan birisi anlatacağım şeylərin bir-birlərini təbii formada izləyən hadisələrdən başqa bir şey olmadığını ortaya qoyub, gördüyüm qarabasmanı gerçək sadəliyinə endirəcəkdir.




    Uşaqlığımdan bəri, itaətkar və hər kəsə, hər şeyə acıma hissiyatım diqqət çəkirdi. Bu acıma hissi məndə o qədər ifrat idi ki, dostlarımın ələ salmaqlarından yaxamı qurtara bilməzdim. Xüsusiylə heyvanlara çox düşkün idim və ailəm bir çox yavru bəsləməyimə göz yummaq məcburiyyətində qalırdı. Vaxtımın çoxunu bu heyvanlara ayırır, ən zövqlü dəqiqələrimi onları bəsləyər və sevərkən duyardım. Bu əcayib xüsusiyyət yaşım artdıqca daha bəlli bir hal almağa başladı və düz-əməlli zövqlərimdən biri oldu, insana çox bağlı və düşkün bir iti sevmiş olanlara bu zövqün dərəcəsini anlatmağım gərəksizdir. Eqoistlikdən tamamiylə uzaq və heçbir mənafe gözləmədən özünü adlamış heyvanın sevgisi ilə, insanın heç də sağlam təməllərə dayanmayan dostluğu bir-birindən çox fərqlidir.




Gənc yaşımda evləndim və arvadımın zövqlərinin də mənimkilərə uyğun olduğunu görərək çox sevindim Mənim ev heyvanlarına düşkünlüyümü görən arvadım rastlaşdığı əcayib heyvan çeşidlərini evə daşıdı. Quşlarımız, mərcan balığımız, gözəl bir köpəyimiz, dovşanlarımız, kiçik bir meymunumuz və bir pişiyimiz oldu. Qeyri-adi iri və gözəl olan bu pişik qapqara və son dərəcədə hiyləgər idi. Hiyləgərliyindən danışmışkən köhnə inanclara heç də bel bağlamayan arvadım qədim bir inanca görə bütün qara pişiklərin cild dəyişdirmiş cinlər olduğunu söyləyib dururdu. Mənim indi burda danışdıqlarım xatirələrimin təzələndiyi üçündür. Adı Pluto olan bu pişik ən çox sevdiyim, baxdığım heyvandı. Onu sadəcə mən bəslərdim. Evin içində haraya getsəm arxamdan gələrdi. Küçədə belə məni izləməməsi üçün çətinliklər çəkirdim.




Dostluğumuz bu üsulla illərlə sürdü. Təəssüflər olsun ki, əyyaş oldum, (söyləməyə utanıram) xasiyyətim tamamiylə dəyişdi, pisliyə tərəf yönəldi. Hər keçən gün biraz daha əsəbi, cəncəl , başqalarının hisslərinə qarşı sayğısız oldum. arvadıma da ağzıma gələni deyirdim. Zamanla işi daha irəli götürərək döymək həddinə qədər çatdım. Bu arada evdəki heyvanlar da huyumdaki dəyişiklikdən paylarını almaqda gecikmədilər. Yalnız baxımsız qoymaqla qalmayaraq, onlarla pis davranmağa da başladım. Bununla belə Plutoya olan aşırı sevgim, ona qarşı sərt davranmağımı demək olar ki, əngəllədi. Amma dovşanları, meymunu və hətda köpəyi ətrafımda görüncə təpikləməkdən özümü çəkindirə bilmirdim. Alkoqolun təsiriylə xəstəliyim getdikcə artdı. Artıq xeyli yaşlanmış və dolayısıyla huysuzlaşmağa başlamış olan Pluto da təpiklərdən, sopalardan «payını» almağa başladı.




Bir gecə şəhərin meyxanalarını dolaşıb zil-zurna evə döndüyüm anda, pişiyin məndən qaçmaq istəyən davranışlar etdiyini görən kimi oldum. Heyvanı tutdum; pişik qorxudan çaş- baş qalıb əlimi dişlədi. O anda sanki şeytan içimə girdi və sanki bir pislik ruhuma sahib olmuş kimiydi, hər tərəfim pislik etmək zövqüylə titrədi. Cibimdən iti çınqılı çıxardım, açdım və yazıq heyvanın, boynundan tutaraq, bir gözünü oydum. Bu yabanıllıq anında titrəyir, utancımdan yerin dibinə girirdim. səhər vaxtı ağlım başıma gələndə etdiklərimi qorxu və peşmanlıqla andım. Amma bu duyğular uzun sürmədi, yenidən içki âləmlərinə dalaraq etmiş olduğum bu pisliyi yaddaşımdan sildim. Bu arada pişik yavaş-yavaş sağaldı. Oyulmuş olan gözünün çuxuru hər nə qədər qorxunc görünsə də, istirab çəkəcək bir vəziyyətdə deyildi. Hər vaxtki kimi evin içində dolaşıb dururdu , çox təbiî olaraq məni görüncə qorxuyla qaçmakdaydı. Əvvəllər məni çox sevən heyvanın bu hərəkətini görəndə ilk zamanlar üzüldüm, amma bu hissiyat gedərək diksintiyə çevrildi. Bundan sonra məni uçurumun sahilinə gətirən PİSLİK bütün ruhumu sarıdı. Bu ruhi vəziyyəti fəlsəfədə tapmaq mümkün deyildir. Yaşadığıma inandığım qədər, pisliyin də insanlığın ilk və təməl içgüdülərindən biri olduğuna, insan xarakterinə istiqamət verən bəlli başlı duyğuların birini əmələ gətirdiyinə inanıram. Sadəcə edilməməsi lazım olduğu üçün, saçma yada pis bir hərəkəti yüzlərcə dəfə etməmiş insan varmı? Bütün şüurumuza və məntiqimiz müqabilində, sırf qəbul edilmiş olduqları üçün pozmaq meylini duyduğumuz adət-ənənələr, sistemlər yoxdumu? Məhz bu pislik istəyi məni uçuruma sürükləyən son güc oldu. Sırf əziyyət etmək, huyuma zidd davranış göstərmək üçün məsum heyvanlara pislik edirdim. Bir gün səhər, pişiyin boynuna bir ip keçirib, onu bir ağacın budağına asdım. Bunu edərkən gözlərimdən yaşlar boşaldı və acı bir peşmanlıq duydum. Bu günahı, ruhumun heç bir şəkildə bağışlanma ehtimalına qovuşmaması üçün işləmişdim.




Eyni günün gecəsi «Yanğın var!» çığırtılarına oyandım. Atəş hər tərəfi sarımışdı və bütün ev alov-alov yanırdı. Arvadım, mən və xidmətçi, özümüzü çətinliklə çölə ata bildik. Heç bir şeyi qurtarmaq mümkün olmamışdı. Əlimdə, ovcumda nə varsa yanğın hamsını silib süpürmüş, məni acınacaqlı bir vəziyyətdə qoymuşdu. Bu dağıntı ilə, işləmiş olduğum cinayət arasında bir əlaqə quramayacaq qədər məğlubiyyətə uğramış vəziyyətdəydim. Amma hər şeyi əksiksiz demək, sizə tam məlumat vermək istəyirəm. Yanğının ertəsi günü dağıntının ətrafında dolaşdım. Birazını istisna etsək , evin bütün divarları yıxılmışdı. Yıxılmayan, sadəcə,, evin ortasında olub, yatağımın başucunun dayandığı divar idi. Suvaq yeni olduğundan, yanğın burasını yıxa bilməmişdi. Bu divarın ətrafına bir çox insan toplanmış, böyük bir diqqətlə gözlərini bir yerə dikib-baxırdılar. «Çox qəribədi, çox təəccüblüdü..» deyə söylənmələri məndə maraq oyandırdı. Yaxınlaşdım və divara baxanda, sanki xüsusiylə çəkilmiş kimi görünən, böyük bir pişiyin formasını gördüm. Forması qüsursuzdu, sanki örnək idi. Heyvanın boynunda bir ip var idi.




Bunu görəndə, — baxmaqdan belə çəkinmirdim— çaşqınlıq və qorxu içində qaldım. Nə olsun ki, biraz düşünəndə, problemi pis-yaxşı həll etdim. Pişiyi, boş buraxanda , evə bitişik olan baxçadaki ağaca asmışdım. Yanğın çıxar-çıxmaz bir çox insan baxçaya dolmuşdu. Bunlardan biri pişiyin boynundakı ipi kəsmiş və hər halda, evdə yatanları oyandırmaq niyyətiylə, heyvanı pəncərədən içəri atmış olacaq. Bu arada yıxılan divarlar öldürmüş olduğum heyvanı sağlam qalan divarın üstünə sığışdırmış və alovların təsiriylə fosfor işə qarışınca, gördüyüm forma ortaya çıxmışdı. İşi məntiqimi və düşüncəmi işlədərək çözmüş olmağıma rəğmən, facîyəvi mənzərə xəyalımı alt-üst etməkdəydi. Aylarla pişiyin qorxunc şəkli ağlımdan çıxmadı və bu arada peşmanlığa bənzər amma ondan çox uzaq bir hissiyata qapıldım. Daha da qabağa gedərək pişiyin yoxluğunu hiss etməyə başladım. Daha tez-tez baş çəkdiyim meyxanalara gedib-gələrkən eyni rəng və bənzərlikdə bir pişik axtarmağa başladım. Bir gecə, yarı ayıq vəziyyətdə pis bir meyxanada oturmuş ikən gözüm böyük bir cin yada rom çəlləyinin üstündə duran qara bir cismə sataşdı. Bir iki dəqiqədən bəri eyni yerə baxdığım halda bu qara cismi niyə görmədiyimə təəccübləndim. Çəlləyə yaxınlaşdım və bu qara cismin qara bir pişik olduğunu gördüm. Bu, Pluto qədər iri və bir tərəfi də istisnasız, eynən Pluto'ya bənzəyən bir pişikdi. Pluto'nun bütün tükləri qapqaraydı, bu pişiyinki isə sinəsini əhatə edən ağ tükləri vardı. Heyvana toxunanda o saat yatdığı yerdən qalxdı, miyoldadı, əlimi oxşadı və bu tanışlıqdan duyduğu sevinci hiss etdirdi . Tam istədiyim, axtardığım pişikdi bu. Meyxanaçiya, heyvanı mənə satmağını təklif etdim. Pişiyin sahibi olmadığını və zatən onu ilk dəfə gördüyünü söyləyərək, alıb götürməyimə icazə verdi.




Heyvanı oxşamağa davam etdim. Evə getmək üçün qalxanda baxdım ki, mənimlə gəlmək istəyir. Çıxdım, heyvan da arxamdan gəlməyə başladı. Aradabir dayanaraq, onu oxşuyurdum. Sonra birlikdə gəzişirdik. Evə tezliklə alışdı və arvadımın baş gözbəbəyi, sevimlisi oldu. Mən buna pis halda təsirləndim və heyvandan diksinməyə başladım, istədiyimin tam tərsi olmuşdu. Heyvanı görmək belə istəmirdim. Amma Pluto'ya etdiklərimi düşünəndə xeyli utanır buna görə pişiyə pis davranmaqdan çəkinirdim. Bir müddət heyvana vurmadım, amma vaxt keçdikcə ona qarşı böyük bir kin duymağa və ondan vəbadan qaçarmış kimi qaçmağa başladım. Bu kinimin səbəbi, pişiyi evə gətirdiyimin ertəsi günü, eynən Pluto kimi, bir gözünün oyuq olduğunu görməyim oldu. Gəl gör ki, bu vəziyyət, arvadımın pişiyə qarşı daha həssas, qoruyucu davranmağına səbəb oldu. Çünki daha əvvəl söylədiyim kimi, arvadımın da həssaslığı son dərəcədə artıq idi. Pişiyə olan diksintim artdıqca, heyvan mənə daha çox yarınırdı. Evdə haraya getsəm addım-addım arxamca gəlir, oturduğum stulun yanına uzanır ya da qucağıma çıxaraq yaltaqlanıb dururdu. Ayağa qalxıb gəzişsəm ayaqlarımın arasına dolanır yada dırnaqlarını şalvarıma keçirərək üstümə doğru dırmaşmağa çalışırdı. Belə anlarda pişiyi bir vuruşda yox etmək istəyirdim; amma daha biraz əvvəlki pis anın tənhalığı və —bəli, buna inanın!— daha çox da heyvandan qorxum səbəbiylə belə bir şey etməyi bacarmırdım. Bu qorxunu ifadə edən söz tapa bilmirəm. Bu həbsxana küncündə —açıqlamağa utanıram— bu qorxu ağla gələ biləcək ən səfehcə bir qarabasmanın nəticəsiydi. Arvadım birneçə dəfə pişiyin bəyaz tüklərinə diqqətimi yönəltmişdi. Bəyaz tüklər, asmış olduğum Pluto ilə bu pişik arasındakı yeganə fərqi göstərirdi, ilk günlər diqqətimi çəkməmişdi, amma zamanla yavaş-yavaş bu tüklər gözümdə müəyyən bir forma, almağa başladı. Bu forma, qorxu və dəhşətin ta özünü təmsil edən ölüm və qarabasma maşını olan darağacının forması idi. Artıq insanlıq hissiyatını tamamiylə itirmiş bir məxluq vəziyyətinə gəlmişdim. Mənim yerimi sanki canavar ruhlu bir məxluq almışdı. Gecə-gündüz bir dəqiqə hüzur qalmamışdı məndə. Gündüzlər bu canavar ruhlu məxluq mənim yerimi alır, gecələr isə sonu gəlməyən qorxunc qarabasmaların ağırlığı altında əzilirdim. Bu daimi qarabasmaların təsiriylə, yaxşılıq qavrayışının son qırıntıları da silindi getdi ruhumdan. Beynimdə sadəcə pislik düşüncələri yer etdi. Uğursuz və qorxunc düşüncələr bir an olsun yaxamı buraxmaz oldu. Hərkəsdən, hər şeydən getdikcə daha çox iyrənib diksinməyə başladım. Nəticədə, davamlı bir böhran içində olurdum və arvadım bütün bunlara sinə gəlmək məcburiyyətində qalırdı.
                                               .
Bir gün bir işə görə arvadımla birlikdə oturduğumuz dağılmış evin zirzəmisinə düşdük. Pişik ayaqlarımın arasında dolaşaraq məni az qalsın nərdivanlardan aşağı yıxacaqdı. Hirsimdən dəliyə dönərək orada olan bir baltandan yapışdım və qorxumu unudaraq heyvana vurmaq həddində qaldırdım. Əgər qaldırdığım kimi də endirə bilsəydim, pişiyi o anda öldürəcəkdim. Nə var ki, arvadım qolumu tutaraq vurmağıma mane oldu. Bu araya girməyə çok pis əsəbləşərək qolumu çəkdim və baltanı bütün şiddətiylə arvadımın beyninə yerləşdirdim. Bir tək söz söyləmədən yıxıldı, öldü. Bu cinayəti işlədikdən sonra heç bir vicdan sızıntısı duymadan ölünü gizlətmək işinə girişdim. Nə gündüz, nə də gecə, qonşular görmədən cəsədi evdən çıxara bilməyəcəyimi bilirdim. Müxtəlif çözüm yolları düşündüm. Bir müddət, cəsədi kiçik parçalara bölərək yandırmağı planlaşdırdım. Daha sonra, zirzəminin altını qazaraq oraya gömməyi daha uyğun bildim. Bundan başqa, ölünü baxçadakı quyuya atmaq, bir sandığa yerləşdirib, sanki bir əşyamış kimi bir hambal çağırtaraq daşıtmaq da ağlıma gəlməmiş deyil. Ən sonda bütün bunlardan çox daha yaxşı olduğunu düşündüyüm bir yol tapdım. Cəsədi, orta əsrlərdə keşişlərin işgəncə ilə öldürdüklərinə etdikləri kimi divara gömməyə qərar verdim.



Doğurdan da, bu iş üçün zirzəmi çox uyğun idi. Divarları yerlə bir tökülmüş və çoxlu suvaq ilə yenidən əhənglənmişdiı. Islanmış olduğuna görə suvağın sərtləşmə ehtimalı yoxidi. Bundan başqa, divarlardan birində əvvəllər ocaq kimi istifadə olunmuş bir çıxıntı vardı. Bu çıxıntı sonradan doldurulmuş , boşluğun o biri hissələrindən ayırd edilmirdi. Bu çıxıntını örtən kərpicləri yerlərindən çıxardaraq cəsədi o boşluğa yerləşdirmək, sonra kərpiclərlə divarı yenidən hörmək asant idi. Beləcə heçkimsə işin fərqinə varmazdı. Hesablamalarımda aldanmadım; bir alət ile kərpicləri yerlərindən söküb, ölünü divarın iç bölümünə yerləşdirdim və çox əziyyət çəkmədən divarı yenə əvvəlki kimi hördüm. Heçkimə bir şey sezdirmədən boya, qum və fırça qoyaraq bir məhlul(qatışıq) düzəltdim və bununla kərpiclərin üstünü yaxşıca suvaqladım. Heç kimsə divarın yenidən hörüldüyünü anlaya bilməzdi, iş bitəndə bacardığıma xeyli sevindim doğrusu. Divarın əvvəlki vəziyyəti ilə yeni vəziyyəti arasında ən kiçik bir fərq yox idi. Yerə düşmüş parçaları böyük bir həssaslıqla tək-tək yığdım, işin mükəmməlliyinin verdiyi övünmüş hal ilə sağa sola bir göz gəzdirdim, hər şey yerli-yerindəydi.




Daha sonra bütün bu işlərin səbəbi olan pişiyi axtarmağa başladım. Çünki bu pis heyvanın canını cəhənnəmə yollamaqda tam olaraq qərarlıydım. Əgər o dəqiqədə əlimə keçirə bilsəydim işi bitmişdi, amma pis heyvan mənim halımdan hər halda başına gələcəkləri anlamış ki, ortalıkda görünmürdü. Pişiyin ortalarda olmaması məndə rahatlıq oyandırdı. Gecə vaxtı da ortada görünməyincə, ilk olaraq, vicdanımda cinayətin ağır yükünü daşıyarkən, rahat yuxuladım, ikinci və üçüncü gecə pişik yenə görünmədi. Mən də rahat bir nəfəs aldım. Heyvan hər halda qorxmuş, evdən qaçmışdı. Artıq rahat idim, işləmiş olduğum cinayət heç vecimə deyildi. Bu arada üzdən bir araşdırma oldusa da, şübhə oyandıracaq heçbir şey çıxmadı. Üstəlik evdə bir axtarış da etdilər, amma təbiî olaraq, bir şey tapmadılar. Gələcəyə güvənlə baxırdım artıq. Cinayətdən sonrakı dördüncü gün ansız olaraq polislər yenə gəldilər və evi başdan aşağı araşdıracaqlarını bildirdilər. Gördüyüm işin vəziyyətindən əminliyim olduğu üçün heç təlaş keçirmədim. Polislər axtarışda məni də yanlarınca apardılar. Baxılmayan künc-bucaq qoymadılar. Ən sonda üçüncü yada dördüncü dəfə, yenidən zirzəmiyə düşdük. Tüküm belə tərpənmədi. Vicdanı rahat bir adam kimi, ən kiçik bir təlaş göstəricisi göstərmədim. Zirzəmini başdan-ayağa dolaşdım. Qollarımı sinəmdə çarpazlayaraq baş verənləri seyr etdim. Polislər bir şey tapmamışdılar, getməyə hazırlanırdılar. Sevincimdən yerimdə dayana bilmirdim. Heç olmasa bir şeylər söyləyib onların təqsirsiz olduğumla bağlı inanclarını bir qat daha artırmaq istəyirdim. Polislər zirzəminin nərdivanlarını çıxmağa başlamışdılar. Ən sonda özümü saxlaya bilməyib:



— Bəylər! dedim. Şübhələrinizi yox etdiyim üçün çox sevincliyəm. Hamınıza can sağlığı, yaxşı günlər arzu edirəm. Ayrıca, biraz daha mədəni olmağınızı da diləyirəm. Gülə-gülə bəylər, bu ev çox sağlam düzəldilmişdir. (Tez bir zamanda bir şeylər söyləmək istədiyimdən, nə söyləyəcəyimi bilmirdim.) Bəli bəylər, çox möhkəm düzəldilmiş bir evdir bu. Bu divarlar, nə oldu, gedirsizmi bəylər? bu divarlar çok möhkəmdir.



Sözün burasında işi daha qabağa götürərək, əlimdəki əsayla, ölünün yerləşdiyi yerə sürətlə vurdum. Amma. Tanrı məni şeytanın qəzəbindən qorusun. Daha vurmağımı bitirməmişdim, ki, divardan öncə körpə ağlamasına bənzər qopuq-qopuq iniltilər, sonra davamlı və tiz bir çığırma səsi yüksəlməyə başladı. Bu səs sanki cəhənnəmin ta dibindən gələn və zəbanilərin topuzları altında inləyən pis ruhların ulumalarına bənzəyirdi. O andaki düşüncələrimi anlatma potensiyalım yoxdu. Bayılma həddinə gələrək qarşı divara tərəf səndələdim.



Nərdivanları çıxmaqda olan polislər bir an qorxu və çaşqınlıqdan donub qaldılar. Sonra vaxt itirmədən altı cüt qol həmin an işə başladı. Az bir müddətdə alçıları söküb kərpicləri yerlərindən çıxardılar. Çürüməyə başlamış ve irinli qana bulanmış arvadımın ölüsü dimdik bir vəziyyətdə, polislərin çaşmış və qorxu dolu baxışları arasında, ortaya çıxdı. Başının üstündə, məni cinayətə sürükləyən, indi də dar ağacına göndərəcək olan uğursuz pişik, kəskin dişlərini göstərir və pırıl-pırıl parıldayan tək gözüylə mənə baxırdı!



Canavarı cəsədlə birlikdə divara gömmüşəm..    




                                             .




 
                                                      

3 yorum: