Vilhelm Reyxin "Dinlə, Kiçik Adam" kitabını Başla* kitab olaraq azərbaycan dilinə tərcümə etdikdən sonra fikirləşdim ki, kitabı oxuyan insanlarda bu mətnin arxasında nə durduğu və müəllifin şəxsiyyəti haqqında suallar yarana bilər və buna görə də müəllifi ətraflı anlamaq zərurəti meydana çıxır ki, bu məqalədə də müəyyən dərəcədə bu barədə məlumat verməyə çalışmışam.
Bir uşaq ki, anasının müəllimi ilə intim əlaqəsinin
şahidi ola və yoldaşının xəyanətindən şübhəli olan Vilhelmin atası uşağının
anormal, şübhəli hərəkətlərinə reaksiya olaraq divara qısnayıb ondan nə
bildiyini soruşa... uşaq danışa... mübahisələr... ana özünü zəhərləyib öldürə... ata və qardaş da xəstəlikdən ölə... Belə bir uşağın böyüyəndə gərək ki, həyatda
fövqaladə bir missiyası olsun, çünki başqa cür ola bilməz. Bu insan “adi insan” ola bilməz. Uşaqlığından
artıq bilinir bu. Ola bilsin bu insan “adi insanı” ifşa edən bir insan olsun.
Yaşadıqları artıq bunu onda zərurətə çevirir.
Reyx – Freydin tələbəsi.
Əvvəlcə hüquqşunaslıq oxuyan Reyx, daha
sonra psixiatriya sahəsində ixtisaslaşır. Reyxin istedadı ona uğurlar gətirir və
budur, Reyx artıq Vyananın Psixoanalitika Cəmiyyətinin üzvü olur. Daha sonra
Freydin tələbəsi və assistantı olur. Vilhelmin öz analizi ilə problemi olur və onu bitirə bilmir. Freyd isə onun analizini
davam etdirməkdən imtina edir.
Reyx kommunist olur və avstriya kommunistlərinin
partiyasına üzv olur. Bu, Freydin xoşuna gəlmir. Nəzəri psixoanaliz
burjuaziyaya uyğun gəlir. Reyx isə psixoanalizi işçi sinifinə tətbiq edir. Beləliklə Reyx xəstələrdə olan nevrozu cinsi,
fiziki, iqtisadi və sosial şərtlərə bağlı olduğunu bildirərək Marksizm ilə psixoanalizi
uyğunlaşdırmağa çalışır.
İnsanın yeni psixoloji strukturu.
Vilhelm Reyx insanın yeni psixoloji quruluşunu təqdim etdi. İnsan xarakterinin üst qatı xoşməramlı, nəzakətli və dürüst olmaqla mənəviyyatın ictimai təsəvvürünə uyğun gəlir. Onun altında çirkin və xoşagəlməz olan sadist, görməmiş, şəhvətə düşkün impulslar qatı yatır. Ancaq bununla belə ümumilikdə insan xarakterinin dərinliklərində -“qəlbində” fitri sevgi, mərhəmət, səmimiyət və əməksevərlik yatır. İnsan xarakterinin özündə, mahiyyətində nifrətə yer varsa da bu rasional və izaholunandır.
Vilhelm Reyx insanın yeni psixoloji quruluşunu təqdim etdi. İnsan xarakterinin üst qatı xoşməramlı, nəzakətli və dürüst olmaqla mənəviyyatın ictimai təsəvvürünə uyğun gəlir. Onun altında çirkin və xoşagəlməz olan sadist, görməmiş, şəhvətə düşkün impulslar qatı yatır. Ancaq bununla belə ümumilikdə insan xarakterinin dərinliklərində -“qəlbində” fitri sevgi, mərhəmət, səmimiyət və əməksevərlik yatır. İnsan xarakterinin özündə, mahiyyətində nifrətə yer varsa da bu rasional və izaholunandır.
Reyx
insan xarakterinin sağlam və müsbət təməlləri olduğuna əmin olur və çirkin
aralıq qatı formalaşdırdığını hesab etdiyi özünü saxlama və ictimailəşdirmənin
müasir üsullarını ittiham edir. Freydə görə insan xarakteristikasının dərinlikləri
qaranlıq və müxtəlif impulsların qarışığından ibarətdir. Ancaq Reyx, insanın
xarakteristikasının dərinliklərini işıqlı görürdü. Reyx insanları sevirdi.
Reyx insanların əksəriyyətinin əsl cinsi
boşalma yəni tam orqazm keçirə bilmədiklərini düşünür. Buna mane olan daxili orqanların və əzələlərin
blokları və sıxılmalarını isə ictimai reallıq və tərbiyə ilə qarşılaşan insanın
formalaşmasının nəticəsi olduğunu hesab edir. Deməli, terapiyada obrazlı şəkildə
“xarakterin zirehi” adlanan bu blokları yumşaltsaq və dağıtsaq “həyat
enerjisinin – canlı şeyin” axımı bərpa olunacaq və insan tamami ilə öz
yoldaşına və orqazm təcrübələrinə özünü həsr edə biləcək. Bu xüsusi ilə “kiçik
adama” yəni adi, sadə, orta statistik vətəndaşa aiddir. Kiçik Adam isə böyük
olmaq istəyir, amma praktikada bu bütün kiçiklər üçün mümkün deyil. Ancaq bir
qismi “Kiçik Böyük Adam” ola bilir. Kiçik Adamlar daimi gərginlik altında
olduqlarından onlara hakimiyyəti əlinə alan aktiv erkək lazımdır. Əksəriyyət isə
liderin altında yatan kollektiv dişidir. Belə itaətkar cinsi rolun
kompensasiyası üçün kütlələrə döyüb buraxmaq üçün ümumi düşmən lazımdır. Bütün
bunları Reyx özünün “Faşizmin Kütlə Psixologiyası” kitabında bildirir. Onun bu
fikirləri mənə həm də bir az Orvellin “1984” əsərini xatırladır. Bu əsəri oxuyanlar ordaki cinsi, ictimai,
siyasi məsələlərlə Reyxin bu izahının necə uyğun gəldiyinin fərqinə varar.
Reyx, cinsiyyət sahəsində apardığı araşdırmalarını ictimai səviyyəyə daşıyır və
cinsi inqilabların diqtator rejimlərinin üzərində qələbə ilə nəticələnəcəyini
iddia edir. Ancaq onun bu ideoloji fikirləri əksəriyyət tərəfindən hərfi başa düşülür və təhrif olunur. Onun fikirləri, ya əxlaqsızlıq kimi yozulub özünə qarşı ittiham şəklində yönəlir, ya da əxlaqsızlıq
kimi qəbul görüb müəyyən dərəcədə tətbiq olunur. Eynən onun “Dinlə, Kiçik
Adam” kitabında Kiçik Adama dediyi bu sözlər kimi; “Mənim sevgi ilə qucaqlama dediyim şey, sənin həyatında
pornoqrafik macəra halına gəlir.”
Kosmik Həyat Enerjisi – Orqon Enerjisi.
Freyd özünün libido məfhumu barədə bir çox fikirlərindən
imtina edərək bunun sadəcə fiziki enerji olduğunu qeyd etdi. Reyx isə Freydin bəzi
düşüncələrini inkişaf etdirərək ilkin kosmik enerjini kəşf etdiyini bildirərək
buna "orqon" adını verdi. Orqon; mavi rəngli, eyni anda birdən çox yerdə var olan
(omnipresence), çılpaq gözlə görünə bilən və səmanın rəngi, cazibə, qalaktikaların
təşkil olunma sistemi, hissiyatların və cinsiyyətin biyoloji ifadəsi kimi şeylərin
mahiyyəti idi. Tufanlı havalarda səyahət edən gəmilərin dirəklərindən sıçrayan
elektrik axımının (Bax: St. Elmo Atəşi) orqonun varlığının sübutu olduğunu irəli
sürdü. Qırmızı qan hüceyrələri, bitki xlorofilləri, protozoalar və xərçəng hüceyrələrinin orqona
görə olduğunu iddia etdi.
İnsanların orqon məlumatını iki hissəyə
ayırdı: fiziki və mexaniki yanaşma üçün Efir (ether) ruhi və subyektiv yanaşma
üçün isə Tanrı.
Eyni zamanda Reyx mikroskop altında
mikroorqanizmləri tədqiq edirdi. Çox güman ki, Reyxə həyatın səbəbi, canlı maddə
ilə cansız maddə arasındakı fərq maraqlı idi. Reyx bionları kəşf etdi. Bu
bionlar canlı və cansız maddə arasındakı ara hissəciklər olub, əlverişli mühitdə
mikroorqanizmlərə çevrilir.
Hətta bəzi dərgilər və alimlər tərəfindən
Reyxin bu araşdırmaları “metafizikdir” kimi ifadələrlə tənqid olunurdu. Reyx sonrakı
araşdırmalarında Ölümcül Orqon adlı bir enerjini kəşf etdi və Cloudbusterlər (Bulud Dağıdan) düzəltdi. Təcrübələrində atmosferdəki orqon enerjisini
manipulyasiya edərək yağış yağdıra bildi.
Reyx bütün bu araşdırmaları apararkən eyni
zamanda daima təzyiq altında olub. Belə ki, FTB agentləri onu “kommunist
keçmişinə sahib olan bir köçkün” olmağına görə həbs ediblər. Eyni zamanda Reyxi
paranoyak , psixi xəstə, fanatik kimi müayinə ediblər. Məhkəmə qərarları əsasında
kitabları yandırılıb ixtiraları isə məhv edilib.
Hiç yorum yok:
Yorum Gönder