2 Aralık 2011 Cuma

Einstein'lə Reportaj

- Dünya niyə xaoslar silsiləsi yaşıyır?
Dünya xaosları pis adamlar və qərarlardan dolayı deyil olanları durub seyredən və onlara səs çıxarmayanlar üzündən yaşıyır.

- Dünya hara gedir?
3. Dünya müharibəsi təbii qaynaq əksikliyindən çıxacaq. O müharibədə hansı silahların istifadə olunacağını bilmirəm amma 4. Dünya Müharibəsi’ndə daş və dəyənəklər olacağını bilirəm.

- Siz atomu kəşf etdiniz, Xirosima və Naqasaki’nin təpəsində atom bombası partlatdılar. Nə düşünürsünüz?
Hər müharibə insanlığın inkişafını əngəlləyən pislik zəncirinə bir halqa əlavə edər. Mən atomu insanlığın yararı üçün kəşfetdim. Amma insanlar atomla birbirilərini öldürürlər. Belə olacağını bilsəydim, bir ayaqqabı təmircisi olardım.

- Uğurun formulu nədir?
A=X+Y+Z (A: Uğur, X: Çalışmaq, Y: Çalışdığı mövzunu oyun kimi görmək Z: Danışmaq yerinə istehsal etmək(törətmək).)

- Elmin ən son çata biləcəyi nöqtə nə olmalıdı?
Dünyada tək bir uşaq belə bədbəxt olduğu müddətdə, böyük icadlar və inkşaflar yoxdur.

- Nə vaxt dünyanın sirrinə çatacağıq?
Bir qum dənəsinin sirrini çözməyi başarsaydıq, bütün dünyanın sirrini öyrənmiş olardıq.

- Bir ölkənin gələcəyi nəyə bağlıdır?
O ölkənin insanlarının görəcəyi təhsilə bağlıdır. Təhsil isə insanın məktəbdə öyrəndiyi hər şeyi unutduğunda artıq qalandır.

- Dünya axmaqlarla doludu deyirsiniz. Axmağın meyarı nədir?
Eyni şeyi dəfələrcə edib fərqli bir nəticə almağı uman adamdı. Axmaqlarla dolu bir dünya çəkilməzdir; çünki dâhiliyin mütləq bir sərhədi vardır, axmaqliğin əsla.

- Sizin zərif bir adam olmadığınızdan bəhs edirlər...
Yüksək ruhlar, hər zaman sıradan ağılların şiddətli müxalifətiylə qarşılaşır. Əgər elm adamı olaraq gerçəyi(reallığı) açıqlamaq istəyirsənsə, zərafəti dərziyə həvalə etməlisən. Digər tərəfdən bunu da söyləməliyəm ki bu dünyada məni bir neçə adam anladı, onlar da yanlış anladı.

- Bütün dünyaya tək bir mesaj vermək istəsəniz o mesaj nə olardı?
Yer üzündəki şərtlərin düzəlməsi, sadəcə elmi tapıntılara deyil çox əxlaqlı bir həyat düzəninin gerçəkləşməsinə bağlıdır.

QaynaQ: Cumhuriyet Bilim ve Teknoloji ekibi

Hiç yorum yok:

Yorum Gönder